Təhsildə Rəqəmsal Dəyişimin Ünvanı
E-KURS, məktəbyaşlı şagirdlərin akademik nailiyyətlərini ən yüksək səviyyəyə yüksəltməyi hədəfləyən, şəxsi inkişaf və təlimat sahələrində güclü dəstək təqdim edən, tədris prosesini real vaxt rejimində izləyən, süni intellekt dəstəkli onlayn təhsil və öyrənmə platformasıdır. Platformamız – təhsil dizaynerləri, sahə üzrə peşəkar müəllimlər, proqram mühəndisləri və pedaqoqlar tərəfindən şagirdlərin həm akademik, həm də fərdi inkişafını dəstəkləmək məqsədilə xüsusi diqqətlə hazırlanmışdır. Məqsədimiz – öyrənən, sual verən, innovativ düşünən, açıqfikirli və akademik cəhətdən yetkin fərdlər yetişdirməkdir.
Missiyamız
Şagirdlərin öyrənmə prosesini asanlaşdırmaq, müəllimlərin dərs idarəetməsini gücləndirmək və məktəb rəhbərlərinin qiymətləndirmə, planlaşdırma və təlimat işlərinə fasiləsiz dəstək göstərməkdir. E-KURS, şagird – müəllim – valideyn üçbucağında güclü bağ yaradaraq, təhsilin bütün iştirakçıları üçün ən etibarlı rəqəmsal dəstək platforması olmağı hədəfləyir.
Süni İntellekt ilə Fərdiləşdirilmiş Təhsil
E-KURS yalnız məzmun təqdim edən bir platforma deyil. Süni intellekt dəstəyi ilə işləyən inkişaf etmiş analiz sistemi sayəsində hər bir şagirdin səviyyəsini, güclü və zəif tərəflərini təhlil edir. Bu məlumatlar əsasında şagirdin inkişafına uyğun fərdiləşdirilmiş təhsil məzmunu, testlər, sınaq imtahanları və iş planları təqdim olunur.
Zəngin Məzmun Kitabxanası
E-KURS, bütün siniflər üzrə kurikuluma 100% uyğun məzmun təqdim edir:
- 40+ fənn üzrə illik planlar
- 500.000+ sual
- 300.000+ video izahlı sual
- 40.000+ dəqiqə mövzu izahı videosu
- 600.000+ dəqiqə sual həlli videosu
- 600.000+ səhifə interaktiv məzmun Bütün materiallar mərhələli çətinlik səviyyələri ilə təqdim edilir. Beləliklə, əsas biliklərdən imtahan hazırlığına qədər sistemli öyrənmə prosesi təmin olunur.
Əsas Modullarımız
- Sual Bankı Modulu: 500.000+ sual, video izahlar, ağıllı filtr sistemi və fərdi test tövsiyələri
- İmtahan Bankı Modulu: Buraxılış və Blok formatında sınaqlar, vaxt idarəetməsi analizi, imtahan strategiyası qurma
- Onlayn Sınaq İmtahanı Modulu: Real imtahan mühiti, ani analiz, sıralama və inkişaf izləmə
- Canlı Dərs Modulu: Birbaşa müəllimlə ünsiyyət, mövzu üzrə vacib məqamlar, sual izahları və imtahan hazırlığı
- Ev Tapşırığı Xidməti Modulu: Kurikuluma uyğun ev tapşırığı dəstəyi, addım-addım izah, boşluqları tamamlama təklifləri
- Fərdi Hesabat Xidməti: Süni intellekt dəstəkli inkişaf analizi, həftəlik və aylıq hesabatlar, valideyn məlumatlandırma sistemi
E-KURS-nin Fərqliliyi
- Tam İnteqrasiya: Şagird, müəllim və valideyn üçün vahid platformadan bütün tədris prosesinin idarə olunması
- Süni İntellekt Dəstəyi: Boşluqların müəyyənləşdirilməsi, fərdi təkliflər, avtomatik iş planları
- Təlimat Xidməti: Akademik dəstək, motivasiya artırıcı məzmun, imtahan stressinin idarə olunması
- Canlı Dərs və Etüd (əlavə məşğələ saatları): Sahə üzrə mütəxəssis müəllimlərlə interaktiv dərslər və sual həll saatları
E-KURS ilə Gələcəyə Hazırlıq
E-KURS, yalnız bu günün dərslərini deyil, sabahın hədəflərini də formalaşdırır. Məqsədiniz məktəb nailiyyətlərinizi artırmaq, yaxud Buraxılış və Blok imtahanlarında zirvəyə yüksəlmək olsun – E-KURS bilik, strategiya, texnologiya və motivasiyanı bir platformada birləşdirərək yanınızda olacaq. Biz – şagirdlərin təhsil yolunda etibarlı bələdçi, müəllimlərin ən böyük dəstəkçisi və valideynlərin təhsildə güclü tərəfdaşıyıq.